Bəxti yox idi, bədbəxtliyi kömək etdi.

Lit. No such good luck had not bad luck helped. / Cf. It’s a blessing in disguise. / No great loss without some small gain. / What you lose on the swings, you gain on the roundabouts. / Every cloud has a silver lining. Не было бы счастья, да несчастье помогло. / Не бывать бы счастью, да несчастье помогло.
bəxti yatmaq
Bəxtin yatdı, sən də yat.
OBASTAN VİKİ
Bəxti (Xudabəndə)
Bəxti (fars. بختي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (56 ailə).
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18–49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18–49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (II mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi. Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır. Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır. Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır.
Biri var idi, biri yox idi (IV mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi. 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır. 20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi. Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir. == Məzmunu == Mövsümün birinci hissəsində Storibruka gələn Elza bacısı Annanı axtarır, lakin yerli mühitdən xəbərsiz olduğundan əvvəlcə problemlər yaşayır, lakin sonradan o, Emma ilə dostlaşır və qəhrəmanlar ona kömək etməyə çalışırlar. Storibrukda dondurma satıcısı kimi tanınan İnqridin əslində Qar Kraliçası olması məlum olur. Vaxtilə bacılarını itirmiş İnqrid Sehrbazın köməkliyi ilə özü kimi sehrli gücə malik iki qızdan ideal ailə yaratmaq qərarına gəlir. Həmin qızlar isə onun bacısı qızı Elza və Emma olmalı idi.
Biri var idi, biri yox idi (I mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir. Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir. “The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır. “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.” Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur. Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş, lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (V mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın V mövsümünün çəkiləcəyi ABC tərəfindən 7 may 2015-ci ildə elan edilmişdir. Beşinci mövsümün premyerasının 27 sentyabr 2015-ci ildə olacağı gözlənilir. 9 iyun 2015-ci ildə Rebekka Meyder və Şon Makuayrın serialın daimi aktyor heyəti sıralarına keçərək, əvvəlki mövsümlərdə olduğu kimi müvafiq olaraq Zelena/Qərbin qəddar cadugəri və Robin Hud obrazlarını canlandıracaqları elan edildi. Bir neçə gün sonra isə Uill Skarlett/Ürəklər Valeti rolunu canlandıran Maykl Soşanın daimi aktyor heyətindən uzaqlaşması xəbəri verildi. Bu mövsümün birinci yarısının əsas mövzusu Emmanın ürəyindəki qaranlıq ile mübahisəsi kimi qeyd edilmişdir. Serialın yaradıcısı Rayn Mörfi ikinci yarını isə qısaca "Hell" (Cənənnəm) kimi təqdim edib. Beşinci mövsümdə serialın seriyalarının sayı yüzə çataqcaq və yüzüncü seriyanın 2016-cı ildə yayımlanması planlaşdırılır.
Biri var idi, biri yox idi (teleserial, 2011)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur. İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi. Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı.
Biri var idi, biri yox idi (teleserial, 2011-2018)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur. İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi. Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı.
Qardaşımdan yaxşısı yox idi (film, 2010)
Qardaşımdan yaxşısı yox idi — 2010-cu il Azərbaycan, Bolqarıstan və Rusiya istehsalı film. Film "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" üzrə Nika mükafatına namizəd olmuşdur.
Kömək (Ərdəbil)
Kömək (fars. كمق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (34 ailə).
Kömək siqnalı
Kömək üçün siqnal və ya məişət zorakılığı halında yardım siqnalı — bir əllə verilə bilən beynəlxalq universal yardım siqnalıdır. Bu jest video zəng zamanı və ya şəxsən bir əllə göstərilə bilər və başqalarına təhlükə hiss etdiyinizi və köməyə ehtiyacınız olduğunu bildirə bilər. Siqnal COVID-19 pandemiyası zamanı tətbiq edilən özünütəcrid tədbirləri ilə bağlı bütün dünyada məişət zorakılığı hallarının artması ilə mübarizə üçün bir vasitə kimi yaradılmışdır. Bir siqnal vermək üçün əlinizi qaldırmalı, baş barmağınızı ovucunuza basmalı, sonra digər dörd barmağını əyərək simvolik olaraq sıxılmış baş barmağını onlarla tutmalısınız. Siqnal, asanlıqla görülə bilməsi üçün bir mövqedə tutulan işarə kimi deyil, əlin tək, davamlı hərəkəti kimi xüsusi hazırlanmışdır."Kömək üçün siqnal" 14 aprel 2020-ci ildə Kanada Qadınlar Fondu tərəfindən təqdim edilmişdir. Tezliklə Beynəlxalq Qadın Maliyyələşdirmə Şəbəkəsi (WFN) tərəfindən tanındı və bütün dünyaya yayıldı. O , artan məişət zorakılığı hallarının müasir həllini təmin etməkdə kömək etdiyinə görə yerli milli və beynəlxalq xəbər təşkilatları tərəfindən bəyənilib. Bu jestdən istifadə edən şəxsi görsəniz, onunla digər kanallar (mətn mesajları və ya e-poçt kimi) vasitəsilə əlaqə saxlamalı və bir sözdən ibarət “bəli” və ya “yox” cavabını tələb edən suallar verməklə problemin nə olduğunu öyrənməlisiniz. ”, və yalnız siqnalçı aydın şəkildə tələb etdikdə təcili yardım xidmətləri ilə əlaqə saxlayın. Təhlükə ilə üzləşən hər kəs üçün vahid həll yolu yoxdur.
İdi Amin
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
İdi xaqan
İdi xaqan (çin. 也咥可汗, Pinyin: Yěxì Kèhán) — Seyanto tayfa başçısı və xaqanı. Əsl adı İşbara idi. İncu xaqanın babası idi. 605-ci ildə Telelər və Seyantolar Taman xaqana üsyan qaldıraraq onu İli çayının sahilinədək qovdular. Telelər özlərinə Kibi Gelenq (契苾歌楞) adlı birini Yivuçen Bağa xaqan (易勿真莫賀可汗) adı ilə böyük xaqan, İşbaranı isə İdi xaqan titulu ilə kiçik xaqan seçdilər. Lakin hər iki xaqan 611-ci ildə Şekuy xaqanın yüksəlişi ilə ona təslim olaraq xaqanlıqdan imtina etdilər.
Abbasın bədbəxtliyi (film, 1935)
Abbasın bədbəxtliyi qısametrajlı cizgi filmi rejissor D. Dikaryov tərəfindən 1935-ci ildə çəkilmişdir. Film Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib. == Məzmun == Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. == Film haqqında == Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib. Film saxlanılmayıb. Elçin Axundov: “Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi.
Hacı Cabbar Kömək
Hacı Cabbar Kömək (1869, Yengicə, Şərur-Dərələyəz qəzası – 1948, Qars, Qars ili) — Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi. Çanaqqala zəfərinə və Türkiyə ordu quruculuğuna verdiyi töhfələrə görə Atatürk tərəfindən "Kömək" ləqəbini 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" alıb. == Həyatı == 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində doğulub. Azərbaycanda və eləcə də Türkiyədə xeyriyyəçilik işləri görüb. Türkiyə İstiqlaliyyət Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində böyük xidmətləri olub. 1919-cu ilin 23 iyul-7 avqust tarixində keçirilən Ərzurum konqresində Hacı Cabbar Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgəsinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi olur. Onun nümayəndə kimi Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi teleqramlardan ikisi Türkiyə arxivlərində hələ də qalır. Ticarətlə məşğul olduğundan bir müddət Türkiyənin Uşak şəhərində yaşayır. Milli Mübarizə dövrünün qanununa görə gəlirin 10 faizini vermək əvəzinə 40 faizə qədər vergi ödədiyinə görə və eləcə də gələcəkdə qaytarılmaq şərti ilə imkanı çatan qədər pulunu orduya verdiyinə görə Təqdirnamə almışdır. Sonradan Atatürkün təklifi ilə ona "Kömək" soyadı verilir.
Qəzvinə Kömək (1944)
Yox olma hadisəsi
Yox olma hadisəsi (kütləvi yox olma və biotik krizis olaraq da adlandırılır) - geniş miqyasda və sürətli şəkildə Yer üzərindəki bioloji müxtəlifliyin azalmasıdır. Bu kimi hadisələr çoxhüceyrəli orqanizmlərin çoxluğunda və müxtəlifliyindəki kəskin dəyişmələrlə təyin olunur. Bu, növləşmə nisbətinə nəzərən yox olma nisbətinin artdığı zaman baş verir. Son 540 milyon ildə böyük kütləvi yox olmaların təxmin edilən sayı beşdən iyirmiyə qədər dəyişir. Bu fərqliliklərə səbəb "əsas" və ya "böyük" kimi qəbul edilən yox olma hadisələrini təsvir etmək üçün seçilən başlanğıclar və keçmiş müxtəlifliyi ölçmək üçün seçilən məlumat bazasıdır. Çünki dünya üzərindəki çoxu müxtəliflik və biokütlə mikroorqanizm səviyyəsindədir və bu da ölçməni çətinləşdirir, qeyd olunan yox olma hadisələri ümumi müxtəliflik və həyat çoxluğundansa, rahatlıqla müşahidə olunan, biosferin bioloji olaraq kompleks komponentlərinə təsir edir. Yox olma qeyri bərabər nisbətdə baş verir. Fosil qeydlərə əsaslanan dünyadakı yox olmanın arxa plan əmsalı hər milyon ildə dəniz canlılarının təsnifat fəsillərini üçün təxminən 2-5 aralığındadır. Dəniz fosillərinin yox olma əmsalını ölçməkdə istifadə olunmasına səbəb onların qurudakı fosillərə nisbətdə daha dəqiq fosil qeydi verməsi və üstün stratiqrafik aralığa səbəb olmasıdır. Təxminən 2.45 milyard il baş verən Böyük Oksidləşmə hadisəsinin tarixdəki ilk böyük yox olma hadisəsi olduğu ehtimal olunur.
Ölümə Çarə Yox
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
İdi Amin Dada
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Kiçik kömək (film, 2010)
Kiçik kömək (ing. A Little Help) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Ssenari müəllifi və rejissoru Maykl C. Ueythorndur. Baş rollarda Cenna Fişer, Kris O`Donnell, Rob Benedikt, Arden Mayrin və Daniel Yelski iştirak edirlər. Bu film Maykl C. Ueythornun ilk rejissorluq debütüdür. Film bir qadının sədaqətsiz ərinin ölümündən sonra 12 yaşlı oğlu ilə başına gələn hadisələrdən bəhs edir. Film ilk dəfə 21 may 2010-cu ildə Sietl Beynəlxalq Film Festivalında göstərilib. == Məzmun == Laura Felke (Cenna Fişer) həyat yoldaşı Bobla (Kris O`Donnell) on iki yaşlı oğulları Dennisi (Daniel Yelski) böyüdürlər. Laura diş təmizləyən texnik və Bob daşınmaz əmlak ofisində işləyir evə gec gəlir.
Qəzvinə kömək (film, 1944)
Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu. 1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir. 11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi. == Tarixi == İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi. Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir. === Fəaliyyəti === İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.
Ölümə çarə yox (albom)
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
Transformerslər: Yox olma dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.